Modern.az

Bakıda “Azaflı gecəsi”

Bakıda “Azaflı gecəsi”

Aktual

6 Yanvar 2013, 13:37

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) təşkilatçılığı ilə bu gün axşam Türk Dünyasının böyük ozanı, ustad aşıq Mikayıl Azaflının xatirəsinə və yaradıcılığına həsr olunmuş “Azafli gecəsi” keçiriləcək. Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq gecə saat 18.00-da başlayır. Gecənin əsas özəlliyi ustadın yaratmış olduğu sənət incilərinin sırf Güney Azərbaycan aşıqlarının ifasında səsləndirilməsi olacaq. Gecədə Güney Azərbaycandan məxsusi olaraq dəvət olunmuş tanınmış aşıqlarla yanaşı gənc və perspektivli Güneyli sənətçilər də səhnə alacaq.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) təşkilatçılığı ilə keçiriləcək gecə Azərbaycan Aşıqlar Birliyi, eləcə də Birliyin Güney Azərbaycan təmsilçiliyinin iştirakı gerçəkləşəcək. Gecənin aparıcısı filologiya elmləri doktoru və Mikayıl Azaflı ilə yaxından dost olmuş professor Qəzənfər Paşayevdir. Ustad Mikayıl Azaflı sevərlər üçün giriş sərbəstdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı