Modern.az

Murad Babayevin 3-7 mərasimi Təzəpir məscidində keçiriləcək

Murad Babayevin 3-7 mərasimi Təzəpir məscidində keçiriləcək

Aktual

7 Yanvar 2013, 12:26

Azərbaycanın mərhum eks-Baş prokuroru Murad Babayevin 3-7 mərasimi sabah Təzəpir məscidində keçiriləcək. Bunu Modern.az-a açıqlamasında mərhum eks-Baş prokurorun oğlu Kamran Babayev deyib. K.Babayev hazırda ailəyə baş çəkən qonaqların olduqlarını bildirib və ailənin bu çətin günündə onların yanında olanlara təşəkkür edib.

Qeyd edək ki, Azərbaycanın mərhum eks-Baş prokuroru Murad Babayev yanvarın 6-da qəfil ürəktutmasından dünyasını dəyişib. Mərhum həmin gün Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunub.

Anar Kəlbiyev
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı