Modern.az

REAL Hərəkatı prezidentliyə namizədini fevralda açıqlayacaq

REAL Hərəkatı prezidentliyə namizədini fevralda açıqlayacaq

Aktual

7 Yanvar 2013, 13:49

REAL Hərəkatı prezidentliyə namizədini açıqlayacaq. Modern.az-ın məlumatına görə, bu barədə Respublikaçı Alternativ (REAL) Hərəkatı İdarə Heyəti məlumat yayıb.

“Yanvar ayının 6-da Respublikaçı Alternativ (REAL) Hərəkatı İdarə Heyətinin növbəti iclası keçirildi. Toplantıda 2013 – prezident seçkiləri ilə bağlı Hərəkatın mövqeyi və hazırlıqları haqqında sənədlər yeni müzakirədən keçdi. 

“REAL: Cümhuriyyət, Güvənc, İnsan, Tərəqqi” başlıqlı platforma sənədinin strukturu təsdiqlənərək, məzmunu üzərində iş davam etdirildi. Qərara əsasən, sənədin yekun mətni fevralın 9-da dərc ediləcək. 

Seçkilərdə birgə iştiraka dair 2012-ci ilin iyununda REAL Hərəkatı tərəfindən irəli sürülən təşəbbüsə digər siyasi təşkilatlardan cavab gəlməsə, fevralın 9-da həm də Hərəkatın prezidentliyə namizədinin müəyyən edilməsi mümkündür. 

Sənədin və namizədin açıqlanacağı Forum REAL üzvləri, təəssübkeşləri, maraqlanan insanlar və media üçün açıq olacaq. Forumun keçirilmə yeri və vaxtı haqqında əlavə məlumat yayılacaq”. 

Sevinc

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı