Modern.az

BAXCP jurnalistlər üçün müsabiqə elan etdi

BAXCP jurnalistlər üçün müsabiqə elan etdi

Aktual

7 Yanvar 2013, 14:58

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İclasda müzakirə olunan məsələlərdən biri də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illik yubileyinə hazırlıqla bağlı olub. Yubileylə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün İdarə Heyətinin qərarı ilə işçi qrupu yaradılıb. İşçi qrupuna rəhbərlik partiyanın Baş katibi Söhrab Abdullayevə həvalə olunub. İdarə Heyəti "Milli Azadlıq Hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda jurnalistlərin fərdi yazı müsabiqəsinin keçirilməsi ilə bağlı da qərar qəbul edib. Qərara əsasən, müsabiqədə qalib gələn jurnalistlərə aşağıda qeyd olunan məbləğdə pul mükafatı və fəxri diplomalar veriləcək:

I yer - 500 manat
II yer - 300 manat
III yer - 200 manat

İdarə Heyətinin iclasında son vaxtlar Əbülfəz Elçibəylə bağlı bəzi mətbuat orqanlarında yayımlanan böhtan xarakterli yazılara da münasibət bildirilib. Qeyd olunub ki, bəzi dırnaqarası demokratların, real həyatda isə həbsxanaya atıldıqdan sonra Krasinnikovun mənəvi nəvələri funksiyasını yerinə yetirən şəxslərin Krasinnikovun mənəvi davamçılarının sifarişi ilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı iyrənc bir kampaniyaya başlamaları təəssüf doğurur. BAXCP bəzi kütləvi informasiya vasitələrinin də Elçibəyə qarşı aparılan bu iyrənc kampaniyanı qınamaq əvəzinə uydurma və böhtan xarakterli məlumatlar ətrafında geniş müzakirələr açmalarını, mövzunu daim gündəmdə saxlamağa cəhd göstərmələrini utanverici bir yanaşma kimi dəyərləndirir və yolverilməz sayır. BAXCP ölkədə müzakirə üçün çoxsaylı problemlərin olduğu bir zamanda bütün diqqətin Əbülfəz Elçibəyə qarşı aparılan böhtan xarakterli kampaniya üzərində cəmləşdirilməsini hiddətlə qınayır və özünə, milli-mənəvi dəyərlərimizə sayğı duyan hər kəsi bu iyrənc kampaniyanın gündəmdə saxlanılmasına xidmət edən təxribat xarakterli müzakirələrdən kənarda qalmağa çağırır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı