Modern.az

Gülər Əhmədova: “Ürək ağrılarından əziyyət çəkirəm”

Gülər Əhmədova: “Ürək ağrılarından əziyyət çəkirəm”

Aktual

7 Yanvar 2013, 15:17

Keçmiş millət vəkili Gülər Əhmədovanın səhhətində yenidən problemlər yaranıb.

 

 Bu barədə APA-ya açıqlama verən G. Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: “Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var”.

G. Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: “İstintaq gedir və hələlik heç bir yenilik yoxdur”.

G. Əhmədova bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: “Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol verir. Onunla vəkilim məşğul olur”.

G. Əhmədova vəkil tutduğuğu bildirsə də, onun adını açıqlamayıb: “Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı