Modern.az

Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü

Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü

Aktual

8 Yanvar 2013, 08:33

Azərbaycanda dəhşətli yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi idarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ötən gecə Şəmkir rayonu ərazisində olub. Qırmızıkörpü-Bakı xətti ilə hərəkət edən avtobus qarşıdan gələn VAZ 2106 markalı avtomobillə toqquşub. Sürətini saxlaya bilməyən avtobus avtomobilin üstündən keçib.

Hadisə nəticəsində VAZ 2106-da olan 5 nəfər ölüb. Məlumata görə, avtobusun sürücüsü hadisə yerində həbs edilib.

Faktla bağlı Respublika BDYP-nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır. Ölənlərdən 3-nün kişi, 2-nin qadın olduğu bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı