Modern.az

Nazirlikdən xaricdə oxuyub gələnlərə şad xəbər

Nazirlikdən xaricdə oxuyub gələnlərə şad xəbər

Aktual

8 Yanvar 2013, 12:59

İqtisadi İnkişaf Nazirliyi xaricdə təhsil almış və hazırda iş axtarışında maraqlı olan azərbaycanlı gənclər üçün qeydiyyat səhifəsi yaradıb. Modern.az-ın məlumatına görə, bu aydan etibarən səhifə nazirliyin rəsmi saytında istifadəyə veriləcək.  (//e-xidmetler.economy.gov.az/index.php/humancapital). 

İş axtaran gənclərin qeydiyyat səhifəsinin “Özünüz haqqında bildirmək istədiyiniz əlavə məlumat” bölməsində işləmək istədikləri sahə barədə məlumat verməlidirlər.  

Nazirlik xarici universitetlərdən məzun olan gəncləri bu səhifədə qeydiyyatdan keçməyə dəvət edir. 

Sevinc

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı