Modern.az

Qubalılar deputatdan kömək istədi - FOTOLAR

Qubalılar deputatdan kömək istədi - FOTOLAR

Aktual

10 Yanvar 2013, 13:35

Millət vəkili Vahid Əhmədov Quba rayonunda seçiciləri ilə görüşüb. Bu barədə Modern.az deputatın köməkçisi Arif Orucov məlumat verib.  Bildirilib ki, yeni ilin ilk günlərində deputat seçiciləri ilə görüşərək, onları qəbul edib. Qəbul zamanı Quba, qonşu  Xaçmaz və  Qusar rayonlarından olan 37 seçici deputatat  tərəfindən qəbul edilib. Əvvəlki qəbullardan fərqli olaraq bu dəfə qəbul öncəsi  millət vəkili 2012-ci ilin yekunları, respublikada və Quba rayonunda görülən işlər, həll olunmayan problemlər barəsində görüş iştirakçılarına ətraflı məlumatlar verib.

Qeyd edilib ki, deputat seçkilər zamanı və Milli Məclisdəki fəaliyyəti dövründə verdiyi sözünə sadiq qalaraq daima qubalıların yanında olub, qəbullar aparıb,onların problemlərinin həlli üçün bütün imkanlarından istifadə edərək həllinə çalışıbdır.

Sonradan iştirakçılarin istəyinə uyğun olaraq onlar təkbətək qəbul ediliblər. Ən çox qaldırılan məsələ mənzil problemi və işsizlik olub. Quba şəhərində tikilmiş evlərin əksəriyyəti keçən əsrin ortalarında çiy kərpicdən inşa olunmuş evlərdir ki, onların da böyük əksəriyyəti yararsız vəziyyətə düşübdür. Quba şəhərində sənaye və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin az olması və ya ümumiyyətlə olmaması ali və orta ixtisas təhsili olanlar arasında işsizlik probleminin artmasına öz neqativ təsirini göstəribdir. Sosial məsələlərin həlli, torpaqların verilməsi, kreditlərin alınması və bir çox digər məsələlər də qəbula gələn seçicilər tərəfindən deputata deyilib, həlli üçün  köməklik göstərilməsi barəsində müraciətlər olunub.

Bəzi müraciətlər yerindəcə deputatın  müraciəti əsasında rayon İcra  Hakimiyyətinin başçısının köməkliyi ilə həll edilmiş, qalanları  deputatatın köməkçisi tərəfindən qeydiyyata alınmış, millət vəkilinin göstərişinə uyğun olaraq həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəkdir.

 

 

 

 

 

 

 


Modern.az
            ­
          ­           ­           

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı