2013-cü ilin yanvar ayının ilk həftəsində Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Kurikulum.az portalının administratoru və Təhsil Nazirliyinin LƏQ məsləhətçisi əməkdar müəllim Almaz Həsrətin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq bir görüş keçirilmişdir. Kurikulum Mərkəzinin konfrans zalına Respublikanın müxtəlif bölgələrindən olan bir qrup fəal müəllimlər toplaşmışdılar.
Görüşdə Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, koordinatoru İlham Cavadov, Humanitar fənlərin təlimi bölməsinin müdiri Ramiz Hüseynov, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru prof. Akif İmanlı, Respublika İncəsənət gimnaziyasının müəllimi Təranə Əliyeva, Bakı şəhəri 188 №-li tam orta məktəbin müəllimi Ruhiyyə İbrahimova, 189 və 214 №-li tam orta məktəblərin müəllimi Vəfa Vəliyeva, 193 №-li tam orta məktəbin müəllimi Kəmalə Süleymanova, 219 №-li tam orta məktəbin müəllimi Təranə İbrahimova, 219 və 225 №-li tam orta məktəblərin müəllimi Roza Qasımova, 228 №-li tam orta məktəbin müəllimi Rimma Hüseynova, 250 №-li tam orta məktəbin müəllimi Könül Əliyeva, Bakı Avropa liseyinin müəllimi Kəmalə Cəfərzadə, Sumqayıt şəhəri 11 №-li tam orta məktəbin müəllimi Gülşən Novruzova, TET gimnaziyanın müəllimi İlham Əliyev, Saatlı rayonu 1 №-li tam orta məktəbin müəllimləri Cəfər Məmmədov, Günay Qənbərova, Vüsalə Astanova, Göyçay rayonu Məlikkənd kənd tam orta məktəbin müəllimi Günay Mirzəliyeva, Hacıqabul rayonu 1 №-li tam orta məktəbin müəllimi Səbinə Rəsulova, Qəbələ rayonu Cığat kənd tam orta məktəbin müəllimi Yazgül Hacıyeva, Ucar rayonu 6 №-li tam orta məktəbin müəllimi Hədiyyə Seyidova, Göygöl rayonu Üçtəpə kənd tam orta məktəbin müəllimi Nurlan Quliyeva, Şəki rayonu Orta Zəyzid kənd 2 №-li tam orta məktəbin müəllimi Elnarə Əhmədova, Balakən rayonu Qabaqçöl qəsəbə tam orta məktəbin müəllimi Sahib Anqbazov, Lerik rayonu Bibiyoni kənd tam orta məktəbin müəllimi Nəriman Qafarov, Rvarud kənd tam orta məktəbin müəllimi Rahim Muradxanov, Şəmkir rayonu Zəyəm qəsəbə tam orta məktəbin müəllimi Vüsalə Mehtiyeva, Şəki rayonundan valideyin Ramin Xəlilov (mühəndis) iştirak edirdilər. Tədbirə həmçinin respublikamızın müxtəlif bölgələrindən olan müəllimlər Cəlilabad rayonu Dövlət Əlibəyli kənd tam orta məktəbin müəllimi Fəxrəddin Səfərov, Gəncə şəhəri tam orta məktəbin məktəbin müəllimi Zöhrə Verdiyeva, Bakıdan İlahə Fazil və s. müəllimlər Skype vasitəsilə də qoşulmuşdular. Onlar bütün tədbir boyu çıxışları dinləmiş və onları maraqlandıran sullara distant olaraq cavab almışdılar. Tədbirə Kanadanın Toronto şəhər təhsil şöbəsinin xarici dillər bölməsinin C.H. Best adına 285 №-li məktəbin Azərbaycan dili müəllimi Yeganə Cəfərova Skype vasitəsilə qoşulmuşdur. Daha sonra Türkiyədən Rəşad Səlimov, Rusiyadan Serqey Bulanov, Aleksandr Kozlenko və b. ilə internet bağlantısı olmuşdur.
Tədbiri giriş sözü ilə Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov açmışdır. O, iştirakçıları salamlayaraq belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğuladı. Natiq ölkədə həyata keçirilən təhsil islahatı, onun mərhələləri, hər mərhələdə nəzərdə tutulmuş məsələlər, onların icra vəziyyəti, əldə olunan ilkin nəticələrdən danışmışdır. O yeni təhsil proqramlarının (kurikulumların) uğurla tətbiq olunmasında müəllimlərin rolunu qey etmiş, onun yaradıcı olmasını, yenilikləri öyrənməyə və işində yaradıcılıqla tətbiq etməyə qabil olmasını vurğulamışdır.
Sonra Ənvər Abbasov bu sahədə qəzet və jurnal məqalələrinin çoxluq təşkil etdiyini, kitab və metodik tövsiyələrin isə bir qədər az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam etdirildiyini və dərsliklərin yeni nəslinin hazlırlandığını nəzərə çatdırmışdır.
Müzakirə zamanı Kanada respublikasının Toronto şəhərində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərən Yeganə Cəfərova ilə internet əlaqəsi yaradılmış Yeganə xanım Kanadada mövcud təhsil proqramları (kurikulumlar) məktəbəqədər və məktəb səviyyəsində olan Kurikulumlar barədə geniş və çox maraqlı məlumatlar vermiş, Azərbaycanda həyata keçirilən islahatyönümlü tədbirlərdən xəbərdar olduğunu və onların davam etdirilməsinin zəruriliyini qeyd etmiş, bu işdə Azərbaycan təhsilinə uğurlar arzulamışdır. Tədbir iştirakçıları ilə (həm tədbirdə olan, həm də internetdə Skype vasitəsilə bağlantıda olanlar arasında) birbaşa yeni kurikulumla tədris zamanı qarşıda duran əsas məsələlər barədə geniş müzakirələr oldu.
Daha sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda Göyçaydan olan müəllimə Günay Göyçaylı özünün həmin günə həsr etdiyi şer parçasını da oxumuşdur. Görüş iştirakçıları belə yığıncaqların gələcəkdə də davamlı olmasını arzuladılar.
