Modern.az

Əhəd Abıyev “Yeni Daşkəsən”dən danışdı

Əhəd Abıyev “Yeni Daşkəsən”dən danışdı

Aktual

10 Yanvar 2013, 16:30

Nazirlər  Kabinetinin Daşkəsən  rayonuna ayırdığı vəsaitlə bağlı rayon  İcra  Hakimiyyətində  “Yeni  Daşkəsən” layihəsinin  həyata keçirilməsi  ilə əlaqədar geniş müzakirə aparılıb. Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən il ərzində görülmüş işlərə və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında icra başçısı Əhəd Abıyev “Yeni Daşkəsən” layihəsinin təqdimatı ilə əlaqədar qarşıda duran vəzifələrə dair məlumat verib.

İcra başçısı qeyd edib ki, “Yeni Daşkəsən” layihəsinin icrasına başlanılıb. Ə.Abıyev deyib ki, bu il rayonun 26 yaşayış məntəqəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulub. Rayon İcra Hakimiyyəti Aparatı üçün də yeni inzibati binanın inşasına başlanacaq. Daşkəsən şəhərinin bütün küçələrində asfaltsalma və işıqlandırma  işləri başa çatdırılacaq. Şəhərin daxilində istinad divarlarının yenidən bərpası, yaşayış binalarının dam örtüklərinin dəmir lövhələrlə dəyişdirilməsi də nəzərdə tutulub. Daşkəsən şəhərini və iki qəsəbəni fasiləsiz, ekoloji cəhətdən təmiz  içməli su ilə təmin edəcək  yeni su xəttinin çəkilməsinə yaxın aylarda başlanılacaq. Daşkəsən Rayon İcra Hakimiyyətinin Ərazi idarəet mə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Yolçuyev, rayon ağsaqqalları M.Zeynalov, E.Məmmədov “Yeni Daşkəsən” layihəsinin tezliklə həyata keçiriləcəyi və qarşıda duran məsul vəzifələrin layiqincə yerinə yetiriləcəyi istiqamətində görüləcək işlərdən danışıblar. Çıxış edənlər Əhəd Abıyevi 55 illik yubiliyeyi münasibətilə təbrik edərək bildiriblər ki, “Yeni Daşkəsən” layihəsinin həyata keçirilməsi üçün ayrılan vəsait bu əlamətdar günlə eyni vaxta təsadüf edir. Bu, rəhbəri olduğu rayonun İcra Hakimiyyətinin başçısına ən yaxşı yubiley hədiyyəsidir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı