Modern.az

Hərbi hissədə ölən əsgərin anası sabah prokurorluqda qəbul ediləcək

Hərbi hissədə ölən əsgərin anası sabah prokurorluqda qəbul ediləcək

Aktual

10 Yanvar 2013, 18:10

Müdafiə Nazirliyinin Daşkəsəndəki “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun qəfil öıümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.

Modern.az saytı xəbər verir ki, sabah Respublika Prokurorluğunun rəhbərliyi səviyyəsində məthum əsgərin ailəsini qəbul edin, onları dinləyəcəklər. Bui barədə saytımıza Ceyhun Qubadovun Xırdalandakı yas mərasimində iştirtak etmiş millət vəkili Qənirə Paşayeva məlumat verib. O, bildirib ki, deputat həmkarları Sevinc Hüseynova və Aydın Mirzazadə də bugün əsgərin yas mərasimində iştirak edib:

”Əsgərin ailə üzvləri və anası Samirə xanımla görüşdük. Onlara başsağlığı verdik. Hadisənin araşdırılmasının dövlətin ciddi nəzarətində olduğunu bildirdik. Samirə xanım söylədi ki, artıq Respublika Prokurorluğunun rəhbərliyi səviyyəsində sabah onları qəbul edəcəklər. Bu gün yas mərasimi olduğundan görüş sabah olacaq. O, dövlətin bu hadisəyə ciddi reaksiya verməsindən. Prezident Administrasiyası səviyyəsində açıqlamalar verilməsindən və baş verən hadisənin ciddi araşdırılması üçün cinayət işinin açılmasından razılıq etdi. Baş verən hadisə ilə bağlı cinayət işinin açılması onu göstərir ki, dövlət bu məsələni ciddi sürətdə araşdırır və qısa zamanda bu barədə cəmiyyətə ətraflı məlumatla veriləcək”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı