Rusiyada çoxuşaqlı ailələrə dövtət tərəfindən ayrılan vəsaitin həcmi artırılıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə birdən çox uşaq dünyaya gətirən ailələrə ayrılan vəsaitin həcmi orta hesabla 13 min 600 dollar məbləğində təşkil edəcək.
Çoxuşaqlı ailələrə müxtəlif xidmətlər müqabilində verilən kompensasiya 20 min rubl artımla 408 min 900 rubla (təxminən 13 min 600 dollar) yüksəlib.
Qeyd edək ki, Rusiyada 2013-ci ilin dövlət büdcəsində çoxuşaqlı ailələr üçün 6,6 milyard dollar vəsait ayrılıb.
Modern.az