Modern.az

Modern.az-ın redaktorundan OXUCULARA

Modern.az-ın redaktorundan OXUCULARA

Aktual

12 Yanvar 2013, 19:01

Yanvarın 12-də səhər saatlarından başlayaraq saat 18.00 radələrinədək ciddi texniki problemlər səbəbindən Modern.az saytının idarəetmə panelinə giriş tamamilə məhdudlaşıb, portala informasiya yerləşdirmək mümkün olmayıb. Redaksiyamıza daxil olan çoxsaylı oxucu məlumatlarına görə, sayt bəzi yerlərdə açılsa da, günboyu digər yerlərdə bu, mümkün olmayıb.

Amma bütün hallarda saytı idarə etmək cəhdlərimiz nəticəsiz qalıb. Problem hələ də qalmaqadadır və indi də idarəetmə panelinə çox çətinliklə daxil ola bilirik. Hazırda texniki əməkdaşlarımız problemin səbəbini araşdırır və onu aradan qaldırmağa çalışırlar.

Bu səbəbdən də oxucularımızın yanvarın 12-də saytın yenilənməməsini nəzərə almalarını xahiş edirik.

***

Texniki işçilərimizin araşdırmaları nəticəsində məlum olub ki, Modern.az-ın serverinə müxtəlif İP-lərdən hücumlar tәşkil olunub, Nәticәdә saytın idarəetmə sisteminə giriş çətinləşib. Hücumlar indi də davam etməkdədir. Bu səbəbdən də saytın özünə və idarəetmə sisteminə daxil olmaqda çətinliklər yaşanmaqdadır.

Server xidməti hücumları tamamilə dəf etmək və saytın normal fəaliyyətini bərpa etmək üçün çalışmalarını davam etdirir.

Redaktor


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı