Modern.az

Azərbaycanı tanı, sev, qoru, yaşat

Azərbaycanı tanı, sev, qoru, yaşat

Aktual

13 Yanvar 2013, 01:04

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İB və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin tərəfdaş olaraq birgə həyata keçirmələrinə start verdikləri “AZƏRBAYCANI TANI, SEV, QORU, YAŞAT” adlı layihəsi ilə Bakı və Mingəçevir şəhərlərində yaşayan gənclər vətənpərvərlik ruhunun aşılanması üçün bir araya gətiriləcəklər.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramındakı bəndlərə uyğun olaraq dövlətin vətənpərvərlik istiqamətində apardığı işlərə dəstək məqsədilə vətəndaş cəmiyyətinin qurucuları da öz töhfəsini vermək istəyirlər.
Təşkilatçılar bildiriblər ki, layihənin həyata keçirilməsində əsas məqsəd torpağı düşmən tapdağı altında qalan, 1 milyondan artıq insanı yurd-yuvasından didərgin salınan, minlərlə oğul və qızı torpaqlarının azadlığı uğrunda şəhid olan Vətənin yeniyetmə və gəncləri arasında vətənpərvərlik  və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək verməkdən ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı