Sarayevo və Buxarestdə təsis edildiyi iddia olunan OCCRP bəzi beynəlxalq təşkilatlar kimi bu günlərdə yaydığı press-relizdə Azərbaycanın dövlət başçısına qarşı da qərəzli mövqeyini ictimaiyyətə çatdırıb. Guya, 20 ölkənin müstəqil araşdırma mərkəzlərinin, KİV və araşdırmaçı jurnalistlərinin qeyri-kommersiya konsorsiumu sayılan bu qurumun fəaliyyəti mütəşəkkil cinayətkarlıq və korrupsiyanın necə fəaliyyət göstərdiyi haqqında məlumat verməkdən ibarət olsa da, Azərbaycana qarşı düşmənçilik möbqeyində durması açıq-aşkar sezilməkdədir. Bu fikirlər QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqova məxsusudur. Onun sözlərinə görə, məhz buna görə də, OCCRP-ın Azərbaycana və onun prezidentinə qarşı şantaş dolu araşdırması ölkə vətəndaşları ilə yanaşı vətəndaş cəmiyyəti iinstitutlarının da kəskin etirazına səbəb olub.
Rufiz Qonaqovun məsələ ilə bağlı açıqlamasında bildirilir ki, belə bir qurumun mövcudluğundan çoxlarının xəbəri yoxdur. Eyni zamanda, OCCRP-ın yaydığı məlumatların qərəzli və böhtan olduğuna qəti əmindir:
"Biz vətəndaş cəmiyyəti olaraq ölkəmizin günbəgün artan imicini aşağılayan, ona kölgə salmağa çalışan belə üzdəniraq təşkilatların məsuliyyətsiz addımlarını təqdir etmirik. Ona görə də hesab edirik ki, OCCRP-ın Azərbaycan prezidentinin ünvanına səsləndirdiyi belə yalan məlumatlar yolverilməzdir. Mən təəssüf edirəm ki, bu məlumatı hazırlayanlar qarşılarına başqa məqsəd qoymuş, obyektivlik hisslərini itirərək, qərəzli və yalan məlumatlar yayanların məqsədi əslində Azərbaycanın mənfi imicini formalaşdırmaqdan ibarət olmuşdur. OCCRP-ın yaydığı məlumatlar yalan olduğundan haqlı olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrində təəssüf hissi doğurur və həmin məlumatların obyektivliyinə şübhə yaradır".
M.Ağaxanov