Modern.az

Nuşirəvan Məhərrəmli: “Kasıb ailələr üçün dekoderlərin alınması məsələsi gündəmdədir”

Nuşirəvan Məhərrəmli: “Kasıb ailələr üçün dekoderlərin alınması məsələsi gündəmdədir”

Aktual

14 Yanvar 2013, 12:55

“Kasıb ailələr üçün dekoderlərin alınması məsələsi gündəmdədir”. Bu sözləri Modern.az-a açıqlmasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, bu məsələ nə qədər tez öz həllini taparsa, bir o qədər də tez analoq yayımın fəaliyyəti dayandırılacaq.

“Ümidvarıq ki, kasıb ailələr üçün dekoderlərin alınması öz həllini tapacaq, ancaq bunun nə vaxt olacağını demək mümkün deyil. 2013-cü ilin sonuna hələ var və bu hər an həll oluna bilər. Amma nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır. Bununla biz ölkədə analoq yayımın fəaliyyətini dayandıra bilərik. Bildiyiniz kimi, ölkədə bir ildir rəqəmsal yayıma keçilib. Amma bununla yanaşı, analoq yayım davam edir”.

N. Məhərrəmli həmçinin bildirib ki, telekanallarda yayımlanan sosial reklamların hansı formada olması dəqiqləşdirilməli və bunun mexanizmi hazırlanmalıdır.

“Sosial reklamlarla bağlı özəl telekanallardan bizə çoxlu şikayətlər daxil olur. Ona görə biz belə təkliflə çıxış etmək istəyirik ki, sosial reklamlar pullu olsun. Dövlət büdcəsindən nazirliklərə, komitələrə, dövlət qurumlarına sosial reklamların çəkilməsi üçün müəyyən miqdarda vəsait ayırılır, eyni zamanda həmin qururmların videoçarxlarının müəyyən vaxtlarda televiziyada yayılanması üçün onların balansına pul köçürmək olar. Belə addımın atılması məqbuldur.” 

MTRŞ sədri vurğulayıb ki, hər sosial reklam çarxı hələ sosial reklam demək deyil. Bu müəyyən qurum tərəfindən müəyyənləşdirilməlidir. “Videoçarxlar radio və televiziyada yayımlandığı üçün buna nəzarəti də Milli Teleradio Şurası həyata keçirə, mahiyyəti üzrə araşdırma apara bilər”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı