Modern.az

Qazilərin maşınlarına etibarnamə bu qaydada veriləcək

Qazilərin maşınlarına etibarnamə bu qaydada veriləcək

Aktual

18 Fevral 2022, 12:46

Qazilərə təqdim edilən avtomobilə etibarnamə verilmə qaydası açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib ki, şəxs ancaq eyni yaşayış məntəqəsində yaşadığı şəxsə etibarnamə verə bilər.

 

“Eyni yaşayış məntəqəsində yaşayan şəxslər Agentliyə müraciət edən zaman müvafiq sənədləri təqdim etməlidirlər. Bu sənədlərlə həmin şəxs öz imtiyazını təsdiq etməlidir. Qarabağ müharibəsi əlili olduğunu və ya müharibə nəticəsində əlil olduğunu bildirən şəxs sənədi, yaşayış yerindən arayışı, maşını kimə etibar etmək istəyirsə, qohumluq dərəcəsinə aydınlıq gətirməlidir. Bu zaman etibarnamə verilə bilər. Təbii ki, etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi olmalıdır”, – qurum rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı