Modern.az

Səfirlikdən bu ölkələrdə yaşayan azərbaycanlılara MÜRACİƏT

Səfirlikdən bu ölkələrdə yaşayan azərbaycanlılara MÜRACİƏT

Aktual

18 Fevral 2022, 13:12

Azərbaycanın Stokholmdakı Səfirliyi İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

 

Səfirlikdən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 nömrəli Fərmanı ilə "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin 3.2.2-ci yarımbəndindən "və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifıkasiya kartı" sözləri çıxarılmış və vətəndaşlara yeni ümumvətəndaş pasportunun yalnız etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi müəyyən olunub.

 

Belə ki, fərdi identifikasiya nömrəsi (FİN) və etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsinə malik olan Azərbaycan Respublikası vətəndaşı ümumvətəndaş pasportunu Azərbaycanda rəsmiləşdirməlidir. Səfirlikdə ümumvətəndaş pasportu yalnız etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı