Modern.az

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

Aktual

18 Fevral 2022, 13:25

Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər