İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da qonşu ölkədə virusdan ölənlərin sayı 134 607 nəfərə yüksəlib.
Qeyd edilib ki, İranda son 24 saat ərzində daha 19 317 nəfər koronavirusa yoluxub. Ümumi yoluxma sayı 6 913 427 nəfərə çatıb.