Modern.az

Şəkər xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb

Şəkər xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb

Aktual

18 Fevral 2022, 14:46

"Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb".

 

Modern.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, ötən ilin sonunda ölkədə qeydiyyata alınan şəkərli diabetli uşaqların sayı 1856 idisə, hazırda bu say 2000-i keçib: "Həmin uşaqların 1100-ü Respublika Endokrinologiya Mərkəzində, qalanları isə rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar insulinlə təmin olunur".

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər