Modern.az

Hakimləri təhqir edən futbolçu 6 oyuna çıxa bilməyəcək

Hakimləri təhqir edən futbolçu 6 oyuna çıxa bilməyəcək

Aktual

18 Fevral 2022, 15:12

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda birinci divizionun 14-cü turunda keçirilən oyunlarla bağlı qərarlar da qəbul edilib.

 

MOİK – "Turan Tovuz" oyununda matçın 90-cı dəqiqəsində MOİK klubunun futbolçusu Qabil Sabirli “kobud oyun”a görə birbaşa qırmızı vərəqə aldığına və matç bitdikdən sonra yenidən meydana qayıdıb hakimlər briqadasını təhqir etdiyinə görə 6 oyun cəzalanıb, klub 480 manat cərimə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı