Modern.az

Tərtərdəki mina partlayışı ilə bağlı araşdırma BAŞLADI

Tərtərdəki mina partlayışı ilə bağlı araşdırma BAŞLADI

Aktual

18 Fevral 2022, 15:43

18 fevral 2022-ci ildə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Bu barədə Tərtər rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər