Modern.az

Manat bu valyutalar qarşısında BAHALAŞDI

Manat bu valyutalar qarşısında BAHALAŞDI

Aktual

18 Fevral 2022, 16:25

İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”ında məlumat verilib.

 

Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşıb, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

 

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12,1 faiz, real effektiv məzənnəsi isə 12,4 faiz bahalaşıb.

 

Effektiv məzənnə indeksləri, illik dəyişmə:

 

 

Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM (real effektiv məzənnə) 22,4 faiz ucuzlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı