Modern.az

“Mən ciddi adamam, belə işlərə baş qoşmuram” - İsa Həbibbəyli 

“Mən ciddi adamam, belə işlərə baş qoşmuram” - İsa Həbibbəyli 

Aktual

18 Fevral 2022, 17:00

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib.

 

Bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.

 

“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.

 

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın yeni prezidentinin kim olacağı maraq doğurur. Namizədliyə iddialılar sırasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin də adı çəkilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV