Modern.az

Azərbaycan çempionu məlum oldu

Azərbaycan çempionu məlum oldu

Aktual

18 Fevral 2022, 17:16

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

 

Federasiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, finalda Misrətdin İsgəndərova qalib gələn Məhəmməd Muradlı qızıl medal qazanıb.

 

İsgəndərov gümüş medalla kifayətlənib.

 

Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Süleymanlı 4-cü yeri tutub.

 

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat olub. Çempion 8 min manat qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?