Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı başlayıb.
Modern.az xəbər verir ki, konfrans ötən ildən fərqli olaraq canlı formatda keçirilir.
3 gün davam edəcək Münhen Təhlükəsizlik Konfransına dünyanın fərqli ölkələrindən 600-dən çox siyasətçi, hüquq müdafiəçisi, elmi və biznes dairələrinin nümayəndəsi qatılacaq.
Təşkilatçılar konfransda 35 dövlət və hökumət başçısının iştirakını gözləyir. Builki konfransın əsas mövzusu Ukrayna məsələsi olacaq.
Qeyd edək ki, konfrans daxilində Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.