Modern.az

Rəmiş Cəfərov da həbs olundu

Rəmiş Cəfərov da həbs olundu

Aktual

18 Fevral 2022, 18:15

Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsi qərar verib.


Belə ki, məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, dünən yolun bağlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı