Bu gündən Azərbaycanda "ASAN xidmət" şəbəkəsi pilot layihə çərçivəsində Nəsimi və Nərimanov rayonunda fəaliyyətə başlayıb. İyun ayının əvvəllərinə qədər isə "ASAN xidmət" mərkəzləri Bakı şəhərinin bütün ərazisini əhatə edəcək. Bütün şəbəkənin təxminən 2 ilə qurulması planlaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bildirib.
"ASAN xidmət" mərkəzlərinin iş prinsipləri şəffaflığın, rahatlığın və operativliyin təmin edilməsi,korrupsiyanın qarşısının alınmasıdır.
Modern.az Dövlət Agentliyinə istinadən bildirir ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək
Notariat fəaliyyəti
Vətəndaşlıq aktlarının dövlət qeydiyyatı
Məhkumluq barədə arayışların verilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı
Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi
Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu
Modern.az