Modern.az

Təhsil Nazirliyi yetim uşaqlarla bağlı Nazirlər Kabinetinə təkliflər göndərib

Təhsil Nazirliyi yetim uşaqlarla bağlı Nazirlər Kabinetinə təkliflər göndərib

Aktual

16 Yanvar 2013, 11:31

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası olaraq 2012-ci il ərzində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 123 uşaq rayon və şəhər İcra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva məlumat verilib.

M. Hacıyeva onu da əlavə edib ki, son 3 il ərzində Təhsil Nazirliyinin övladlığa götürülməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş qeydiyyatında olan 34 nəfər uşaq övladlığa verilib. İdarə rəisinin sözlərinə görə, hər tədris ilinin sonunda nazirlik dövlət uşaq müəssisələrini bitirmiş valideyn himayəsindən məhrum olmuş, kimsəsiz məzunların yerləşdirilməsi ilə bağlı problemlərlə üzləşir:

“Əksər hallarda məzun olduqdan sonra da bu uşaqlar təlim-tərbiyə aldıqları müəssisədə yaşamaq məcburiyyətində qalırlar. Bu problemlərin həlli istiqamətində uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi Nazirlər Kabinetinə müvafiq təkliflər göndərilib.

Nazirlər Kabinetinə müraciət valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar habelə onların arasından olan şəxslərin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil aldıqları zaman təhsil haqqından azad olunması ilə bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununa əlavələrin edilməsi ilə bağlıdır. 

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı