Modern.az

“İKT ili”ndən nə gözləyək? – Ekspert cavab verir

“İKT ili”ndən nə gözləyək? – Ekspert cavab verir

Aktual

17 Yanvar 2013, 08:19

“2013-cü ilin Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ili elan edilməsi ilə bu sahədə ciddi addımların atılması gözlənilir”. Bu sözləri Modern.az-a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O hesab edir ki, “İKT ili”nin elan edilməsi bu sahədə inkişafın ən adi istifadəçilərə qədər gedib çıxmasına səbəb olacaq.

“Bu sahədə bir sıra böyük addımların atılması gözlənilir. Həm telekommunikasiya peykinin orbitə buraxılacaq, həm 100 milyonluq manatlıq internetin inkişafı ilə bağlı dövlət proqramı həyata keçiriləcək, eyni zamanda Azərbaycanda İKT-nin inkişafına dəstək olan bir fond fəaliyyətə başlamalıdır. Bu böyük miqyaslı hadisələrdən biri olacaq. Bu ilin əhəmiyyətinin hətta ən adi istifadəçilərə qədər gedib çatmasını gözləyirik. Yəni bu layihə çərçivəsində kəndlərə internet verilməli, hər bir ailənin internetə əli çatımlı olmalıdır. İctimai, sosial əhəmiyyətli yerlərdə “wi-fi” texnologiyası ilə internetin ələ çatımlılığının təmin olunmasını gözləyirik. Bu hər bir adi istifadəçinin həyatında olacaq dəyişikləri göstərir”.

O. Gündüz eyni zamanda düşünür ki, bu, təhsildə də informasiya texnologiyalarının daha dərindən tətbiq edilməsinə, informatika fənninin nüfuzunun qalxmasına kömək edəcək. Bu balaca addım olsa da, nəticəsi böyük əhəmiyyəti ola bilər.

“Zaman-zaman Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə informasiya texnologiyaları sahəsində problemlər, onların aradan qaldırılması, müxtəlif sahələrə diqqət yetirilməsi ilə bağlı müraciət etmişik. Bu dəqiqə düşünürəm ki, ciddi əhəmiyyət veriləsi məsələlərdən biri bu ola bilər: İKT-nin inkişafı ilə bağlı Dövlət Neft Fondundan 100 milyona qədər vəsait ayrılıb. Bizə məlum deyil ki, bu  vəsaitlər hansı yolla veriləcək, tender, müsabiqə, qiymətləndirmə yolu ilə? Burada hansı qurumlar iştirak edəcək və s. Hesab edirəm ki, bunun bir mexanizmi olmalıdır”.

O. Gündüzün sözlərinə görə bu il İKT-nin inkişafında böyük təkan ola bilər. Zaman-zaman beynəlxalq qurumlar ölkəmizdə İKT sahəsi ilə bağlı hesabatlar yayımlayır. Elələri var ki, Azərbaycanda İKT-nin inkişafında müsbət tərəfləri dəyərləndirir, eləsi də var ki, mənfi tərəfləri qabardır. Obyektiv qiymət vermək istəyənlərin sayı çox az olub.

“Düşünmürəm ki, Azərbaycanda İKT sahəsində hər şey yaxşıdır. Belə deyil, son illər Azərbaycanda həm internetin, həm İKT-nin inkişafı sahəsində bir sıra ciddi addımlar atılıb. Müəyyən pozitiv addımlar var, bunu danmaq olmaz. Amma eyni zamanda xeyli ciddi problemlər var. Şəxsən İKT-dən istifadə edərək insanların özünə karyera qazanması, biznes qurması, özünün gündəlik fəaliyyətində istifadəsi ilə bağlı problemlər qalmaqdadır. Müəyyən təbəqə, məsələn Bakı şəhərində internetə çatımlılıq əladır, amma regionlarda kəndlərdə əli çatımlılıq yoxdur. Bu ciddi problemdir”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı