Modern.az

Azərbaycanda 111 ixtira patent alıb

Azərbaycanda 111 ixtira patent alıb

Aktual

17 Yanvar 2013, 13:01

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən ildə 111 ixtiraya patent verilib. Onlardan 105 ədədi milli, 6 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Komitədən onu da bildiriblər ki, faydalı modelə dair 10 patent qeydiyyata alınıb ki, onlardan da 8 ədədi milli və 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 4 ədədi milli, 13 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Bundan əlavə, əmtəə nişanlarının dövlət reyestrində 1211 ədəd əmtəə nişanı qeydə alınaraq sahiblərinə verilib. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 152 ədəd, şəhadətnamənin qüvvədə olma müddətinin uzadılması barədə 415 ədəd, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 497 ədəd bildiriş qeydiyyata alınıb, 9 ədəd dublikat, 27 ədəd çıxarış verilib.

Komitənin mətbuat xidmətindən onu da bildiriblər ki, 2012-ci il ərzində beynəlxalq normalarla harmonizə edilmiş 139 milli standart dövlət qeydiyyatına alınıb. Rabitə və informasiya texnologiyaları üzrə 9, nəqliyyat vasitələrinin təhlükəsizliyi üzrə 82, tikinti materialları sahəsi üzrə 26, yeyinti məhsulları üzrə 4, turizm üzrə 2, uyğunluğun qiymətləndirilməsi və keyfiyyətin idarə olunması üzrə 6, digər sahələr üzrə 7 standart dövlət qeydiyyatın alınıb.

İl ərzində 189 ədəd müəssisəyə, o cümlədən 67 yanacaqdoldurma məntəqəsinə, 16 maye-qaz doldurma məntəqəsinə, 2 əlvan metalla bağlı sahələrə, 64 tibbi fəaliyyətinə, 1 ədəd kartoqrafiya sahəsinə, 13 alkoqollu içkilər sahəsinə, 26 əczaçılıq fəaliyyəti ilə məşğul olmağa lisenziya alınması üçün Komitə tərəfindən müvafiq rəylər verilib.

Ötən il ərzində 257 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi ölçülərinin təyin edilməsi məqsədi ilə Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 215 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üzərində işlər davam etdirilib. Qanun layihəsi Milli Məclisin iclaslarında I və II oxunuşdan keçib və III oxunuşa təqdim edilib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən Milli Akkreditasiya Sisteminin tələblərinə uyğun 119 sınaq və 21 kalibrləmə laboratoriyası, 10 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqan, 2 personalın, 12 oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan və 8 inspeksiya xidmətləri göstərən orqan akkreditasiya edilib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı