Modern.az

Qənirə Paşayeva və Tünzalə Ağayevadan ortaq layihə

Qənirə Paşayeva və Tünzalə Ağayevadan ortaq layihə

Aktual

17 Yanvar 2013, 16:24

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi və təşkilatçılığı ilə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Tünzalə Ağayevaya aid olan “Bir dunya istəyirəm” adlı mahnının və klipin təqdimatı keçirilib. Mahnıda “Noğullar” uşaq vokal qrupu da iştirak edir. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə çəkilən klipin rejissoru Ülviyyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır.

  Klipi mətbuat nümayəndələrinə təqdim etməzdən öncə Tünzalə Ağayeva bildirib ki,  bu layihənin  20 Yanvar  faciəsinin 23-cü ildönümündə təqdim olunması təsadüfü hadisə deyil. 
“Bu  klip müstəqilliyimiz,  azadlığımız  uğrunda  şəhid olmuş insanlarımız, Ermənistanın torpaqlarımızı  işğalı zamanı  Xocalıda,  Qaradağlıda,  Bağanıs Ayrımda soyqırıma məruz qalan uşaqların əziz xatirəsinə bir itihafdır. “Bu mahnı, insan oğlunun öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün  deyə  hayqırışdı,  övladlarımızın sevgi, hüzur dolu bir dünyada yaşamaq istəyinin bir ifadəsidir, Rəbbimizə bir duadır”.

Müğənni bildirib ki,  klip geniş tamaşaçı auditoriyası üçün təqdim ediləcək. Onun sözlərinə görə, klip hansı ölkədə təqdim edilərsə, mahnının sözləri həmin dildə subtitrlər vasitəsi ilə tərcüməsi əlavə ediləcək.

 Klipə baxışdan sonra çıxış edən Qənirə Paşayeva bildirib ki, 20 Yanvar Faciəsinin 23-cü  ildönümü  ərəfəsində təqdim olunan  “Bir dunya İstəyirəm” layihəsi Vətən uğrunda şəhid olan insanlarımızın, Ermənistanın torpaqlarımızı işğalı zamanı törətdiyi Xocalı, Qaradağlı, Bağanıs Ayrım da daxil olmaqla dünyada bu günümüzdə də davam edən soyqırımların, savaşların, təcavüzlərin, terrorun, onların doğurduğu   fəlakətlərin,  aclıqların  qurbanı olan  milyonlarla  uşaqların,  körpələrin əziz xatirəsinə bir ithafdir. Onun sözlərinə görə layihəni təqdim etməkdə  məqsəd  dünyada baş verən faciələr zamanı uşaqların daha çox əzab çəkdiyini göstərməkdir.

 Klipin rejissoru Ülviyə Könül çəkiliş prosesinbdə ən çətin işin material toplamaq olduğunu deyib:  “Material toplamaq üçün müxtəlif faciələri əks etdirən videolara baxdım. İnsanı dəhşətə gətirən kadrlar gördüm. Bütün faciələri, ağrıları 4 dəqiqəlik klipə sığdırmaq mümkün deyil, amma bacardığımız qədər əks etdirməyə çalışmışıq”.  

Klipdə Xocalı, 20 Yanvar hadisələri, erməni işğalı nəticəsində qaçqın düşən uşaqlarımızın  görüntüləri olmaqla bərabər, həmçinin  Bosniyada və dünyanın müxtəlif bölgələrində soyqırım qurbanı olan uşaqlar, dünyanın müxtəlif bölgələrində müharibə və  terror qurbanı olan uşaqlar,  Afrikada və dünyanın fərqli bölgələrində aclıqdan əziyyət çəkən körpələr, ailədaxili çiddətdən əziyyət çəkən uşaqların  görüntüləri  yer alıb.

 “Noğullar” uşaq vokal qrupunun rəhbəri Natiq Qəzənfəroğlu da uşaqların mahnını bəyəndiyini və onların üzərinə düşən işin öhdəsindən gəldiklərini deyib.

Modelyer-stilist Gülnarə Xəlilova bildirib ki, bu cür sosial və tərbiyəvi əhəmiyyətli  layihələrin  hazırlanması və kliplərin çəkilməyi çox yaxşı haldır.

//www.youtube.com/watch?v=Xdlt9zat-0M

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı