Modern.az

Ombudsman 20 yanvarla bağlı bəyanat yayıb

Ombudsman 20 yanvarla bağlı bəyanat yayıb

Aktual

17 Yanvar 2013, 18:19

20 Yanvar faciəsindən 23 il dönümü münasibətilə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanov bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, xalqımızın yaddaşına qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixdə keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilib. “İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv edirdilər. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub. Azğınlaşmış hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini tamamilə unudaraq, ağır yaralıları yerindəcə öldürürdü. Yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılmış, onlarla tibb işçisi yaralanaraq şəhid olub”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı