Modern.az

Əhliman Əmiraslanov: “Hakimiyyət öz mövqeyini ortaya qoya bilmədi”

Əhliman Əmiraslanov: “Hakimiyyət öz mövqeyini ortaya qoya bilmədi”

Aktual

17 Yanvar 2013, 19:04

Bu gün Azərbaycan Dövlət Tibb Universitetində “20 yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizənin rəmzi kimi” mövzusunda 20 yanvar hadisəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə  ali təhsil ocağının professor və müəllim heyəti iştirak edib. Universitetin rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, 20 yanvar 1990-cı ildə baş vermiş təcavüzün xalqımıza vurduğu zərbə o qədər ağırdır ki, hadisə heç bir vaxt nəsillərin yaddaşından silinməyəcək.
“Həmin gün uşaqlar, gənclər, qocalar, günahsıız insanlar qətlə yetirildi. Universitet əməkdaşlarının bir çoxu o zaman xəsarət alan yaralılara tibbi yardımın göstərilməsində şəxsən iştirak edib və o hadisəni çox yaxşı xatırlayırlar. Bu hadisə Tibb Universitetinin müəllim, tələbə kollektivinin yaddaşında daimi silinməz iz qoyub. Təəssüflər olsun ki, o zaman hakimiyyət bu hadisələrdə  öz mövqeyini ortaya qoya bilmədi və bu hadisələrin qarşısının alınması üçün vacib tədbirlər görmədi”.

Tədbirə dəvət olunmuş millət vəkili Məlahət Həsənova da  20 yanvar hadisələrinin acı xatirələrindən danışıb: “ Biz hər zaman şəhidləri  xatırlayacağıq və onların ruhu qarşısında baş əyəciyik. 23 il keçməsinə baxmayaraq, 20 yanvar hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Bu istiqamətdə işlər aparılsa da günahkarlar hələ də azadlıqdadır. 20 yanvar hadisələrində Nəsimi rayonunun tibb işçiləri böyük fədakarlıq göstəriblər”.

Tədbiri çıxışları universitetininsan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev, uşaq xəstəlikləri kafedrasının dosenti Roidə Rzayeva, müalicə -profilaktika fakültəsinin 6-cı kurs tələbəsi Şəbnəm Əhmədova davam etdirib.


Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı