Modern.az

Məhərrəmlik başa çatıb, restoranların toy mövsümü başlayıb

Məhərrəmlik başa çatıb, restoranların toy mövsümü başlayıb

Aktual

18 Yanvar 2013, 10:47

İmam Hüseyn Əleyhissalam və yaxınlarının qətlə yetirilməsilə əlaqədar İslam aləmində keçirilən təziyyə mərasimləri yanvarın əvvəlində başa çatıb. Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Modern.az-ın məlumatına görə, yanvarın 14-də İslam aləmində keçirilən matəm mərasimləri yekunlaşıb.

Qeyd edək ki, məhərrəmlik 2012-ci il noyabrın 16-da başlamışdı.

Bununla əlaqədar Bakıdakı restoran və şadlıq evləri də Məhərrəm ayı müddətində sifarişlərin qəbulunu müvəqqəti dayandırmışdılar. Artıq iki gündür restoranlarda toyu-düyün mərasimlərinə də start verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı