"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB (AHİM) hüquqşünaslar üçün "Azərbaycan qanunvericiliyində və hüquq praktikasında mövcud olan boşluqlar və onların həlli yolları" mövzusunda müsabiqə elan edib. Bu barərə adı çəkilən qurumdan Modern.az-a məlumat verilib.
Müsabiqənin şərtlərinə görə, iştirakçılar tərəfindən təqdim ediləcək yazılar aktual olmalı, hazırlanarkən plagiatçılığa yol verilməməli, problemə tənqidi yanaşılmalı, habelə hüquqşünasların sırf praktikalarında rast gəldikləri problemlərlə əlaqədar olmalıdır. Eyni müəllif müsabiqənin sonunadək bir neçə yazıl təqdim edə bilər. Müsabiqə yazıları yanvarın 21-dən noyabrın 30-dək [email protected] ünvanına göndərilməlidir.
Yuxarıdakı meyarlara cavab verən yazılar AHİM-nin veb-portalında, həmçinin ölkənin müxtəlif elektron KİV-lərində hüquqşünas mövqeyi kimi işıqlandırılacaq. Müsabiqənin sonuna qədər (30.11.2013) mətbuatda ən çox dərc olunan və populyarlıq qazanmış 3 yazı müəllifi mükafatlandırılacaq:
I yer: 500 AZN
II yer: 300 AZN
III yer: 200 AZN
Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək.