Modern.az

“Əsgər ölümünə son!” aksiyasına görə cərimələnənlər şikayət verəcəklər

“Əsgər ölümünə son!” aksiyasına görə cərimələnənlər şikayət verəcəklər

Aktual

18 Yanvar 2013, 17:34

Yanvarın 12-də keçirilən “Əsgər ölümünə son!” aksiyasından cərimələnən müxalifətçi gənclərin işi ilə bağlı apellyasiya şikayəti veriləcək. Bu barədə Modern.az saytın sözügedən aksiyada saxlanılaraq 600 manat məbləğində cərimələnən Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib.

“İnşallah, gələn həftənin birinci günü cərimələrlə bağlı apellyasiya şikayəti veriləcək. Artıq bununla bağlı lazımı sənədlər hazırlanıb. O ki qaldı cərimələrin ödənməsinə, biz yenə də bildiririk ki, ödəməyəcəyik. Sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, yanvarın 12-də Bakıda Fəvvarələr Meydanında keçirilən “Əsgər ölümünə son!” aksiyasında iştirak edən bir qrup gənc saxlanılaraq “Sərbəst toplaşmaq haqqında” qanuna edilən dəyişikliklərə əsasən 400-600 manat civarında cərimələnib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı