ATƏT-in yeni sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Vyanada təşkil etdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni mesajlar verib. Modern.az-ın verdiyi məlumata görə, Leonid Kojara ATƏT-in yeni prioriotetlərini açıqlayıb.
“Ukrayna Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini dəstəkləyir. Biz bu istiqamətdə səylərimizi ATƏT-ə rəhbərlik etdiyimiz dönəmdə də davam etdirəcəyik. Həmçinin qeyd edim ki, ATƏT-in sədrliyini öz üzərinə götürən Ukrayna Qarabağ münaqişəsinin həllinə dair səylərini daha da gücləndirəcək. Həmsədrlər tərəfindən təqdim edilən təkliflər əsas kimi qəbul ediləcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, ATƏT sədrliyi 2013-cü il üzrə Ukrayanaya həvalə edilib. Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-ə bir il sədrlik edəcək.
Anar RÜSTƏMOV