“Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Nərimanov filialının açılışı olub. Modern.az-ın məlumatına görə, açılışda ilk olaraq Nərimanov filialının rəhbəri Nərgiz Paşayeva qonaqları salamlayaraq bu layihədə olduğundan məmnunluğunu bildirib. Uzun zamandır uşaqlarla birlikdə çalışdığımdan mənim üçün də zövq verici bir işdir deyən Nərgiz Paşayeva bildirib ki: "Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı” - 4-12 yaş arası uşaqlar üçün hazırlanmış zəkanın inkişafı proqramıdır. Menar zehni hesablama dərslərini alan uşaqlar qələm, kağız, kalkulyator və ya kompüterdən istifadə etmədən yalnız öz zehnlərində bir neçə saniyə içində riyazi hesablamaları apara bilirlər. Həyat boyu uğur qazanmaq üçün, onları rəqəmlərlə dost etməklə bərabər, digər məqsəd onların məktəb çalışmaları və həyatlarında özünə inam hissini yaratmaqdır. Mütəxəssislər, mental hesablama təlimi zamanı beyinin həm sağ, həm də sol tərəfini tarazlaşdıran, abak və mental abak təliminin, ən yüksək səviyyədə öyrənmə gücünü əldə etmənin açarı olduğuna inanırlar".
Nərgiz Paşayeva bildirib ki, ailələr öz övladların “Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Fətəlixan Xoyski küçəsi 146-da yerləşən (tel.: 4966124, 5141778, 051 5202232, 0559492930) Nərimanov filialına etibar edə bilərlər və qısa zaman ərzində övladlarında nə qədər surətli dəyişikliklərin və inkişafın gedəcəyinin özləri şahidi ola olacaqlar. Nərgiz Paşayeva bu proqramı Azərbaycana gətirən və Azərbaycan nümayəndəliyinə rəhbərlik edən Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevaya xüsusi təşəkkürünü bildirib.
Açılışda iştirak edən əməkdar artist Tünzalə Ağayeva deyib: " 4 aya yaxındır Menar Azərbaycan zəkanın inkişafı proqramı artıq Bakıdadır. Övladlarını bizə etibar edən valideynlərimiz artıq gözəl nəticələri görürlər. Qarşıya isə bütün ölkəmizi əhatə etmək məqsədi qoyulub. Zəkalı, dəqiq yaddaşlı, məntiqli uşaqların yetişməsinə bizim də cəmiyyət olaraq ehtiyacımız var” – deyə bildirib.
Açılış mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, uşaqların inkişafında misilsiz rol oynayan bu proqramın “Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı”nın Nərimanov rayonunda açılması gözəl bir hadisədir və Azərbaycan uşaqlarının zəkasının surətli inkişafına xidmət edən belə gözəl layihəyə görə dostları Tünzalə xanımı, Nərgiz xanımı və Raqib bəyi təbrik edir və inanır ki, ailələr övladlarını bu mərkəzə etibar etməkdən çox məmnun qalacaqlar.
Mərasimdə həmçinin Modelyer Gülnarə Xəlilova, Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan, teleaparıcı Qənirə Ataşova, Simsar.az portalının və Simsar jurnalının baş redaktoru İradə Nurəddinqızı, Türkiyə Məzunları Birliyinin sədri Çingiz Bayramov və başqaları çıxış edərək öz təbriklərini çatdırmaqla yanaşı “Menar Azərbaycan – Zəkanın İnkişafı Proqramı”nın Nərimanov rayonunda açılmasını uşaqların inkişafına dəstək kimi dəyərləndiriblər və bildiriblər ki, ailələrin öz övladlarının daha sürətli inkişafı üçün məhz bu mərkəzə müraciət edəcəklərinə əmindirlər.
Qeyd edək ki, Mental Hesablama məktəbinin yaradılmasında məqsəd uşaqların sürətli əqli inkişafını təmin edərək, onlara qeyri-adi rəqəmsal bacarıqlar qazandırmaq və riyaziyyat qorxusunu onların həyatından tamamilə silməkdir. Bu sistem uşaqların sağ və sol beyinlərinin eyni anda stimullaşdırılaraq tarazlaşdırılmış inkişafını təmin edir. “Menar Azərbaycan – Zəkanin İnkişafı Proqramı”nın Fətəlixan Xoyski küçəsi 146-da yerləşən (tel.: 4966124, 5141778, 051 5202232, 0559492930) Nərimanov filialı gün ərzində suallarınıza cavab verməyə və müraciətlərinizi qəbul etməyə hazırdır.

Modern.az