Modern.az

Metronun «28 May» stansiyası bağlandı

Metronun «28 May» stansiyası bağlandı

Aktual

21 Yanvar 2013, 09:45

Yanvarın 21-dən «28 May» stansiyasının əsas girişi təmirə bağlanıb. Bu barədə Modern.az-a Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanıb.

Sərnişinlər bu müddət ərzində «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından «28 May» stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq.

Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Modern.az 

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...