Modern.az

Şahlar Əsgərov: “İndi şagirdlər həddən artıq yüklənirlər, asudə vaxt qalmır”

Şahlar Əsgərov: “İndi şagirdlər həddən artıq yüklənirlər, asudə vaxt qalmır”

Aktual

19 Yanvar 2013, 14:13

Biz şagird olarkən asudə vaxtımız daha çox idi. Dərsdən gələndən sonra sabahın dərslərini hazırlayır, üstəlik üstəlik boş vaxtımızda qalırdı. Bu boş vaxtı kimləri dəyərləndirərək müxtəlif məktəbdənkənar məşğuliyyətlərinə sərf edir, kimləri də sadəcə oyun oynamaqla keçirirdi. Amma bu günün uşaqlarının heç oyun oynamağa da vaxtı qalmır. Fənlər üzrə tapşırıqların çox olması. Uşaqların həddindən artıq yüklənməsi onların məktəbdənkənar məşğuliyyətlərə vaxt sərf etməsinə imkan vermir.

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bu fikirlə razılaşır. Lakin o bunun müxtəlif səbəblərini qeyd edir. Onun fikrincə burada fənlər üzrə şagirdlərin həddinsən çox yüklənməsi ilə yanaşı, keçid dövrünün problemləri də öz təsirini göstərir. “Elə nəqliyyatı götürək. Əgər bir yerə 5 dəqiqəyə çatırırdınsa, indi bu zaman 1 saat olur və bu da istər-istəməz vaxtın itməsinə səbəb olur. Əvvəllər dərs yükləri bundan az idi, indi şagirdlər həddən artıq yüklənir”.

Ş. Əsgərov qeyd edib ki, hər bir gəncin tərbiyəsini dövlət öz üzərinə götürür. “Bizim vaxtımızda səhər saat 8-dən axşam yatana kimi dövlət gəncin qayğılarını çəkirdi. Ümumiyyətlə, şagirdin zamanı nə qədər dövlət tərəfindən idarə olunsa bir o qədər yaxşıdır. İstər məktəb, istərsə də məktəbdənkənar vaxt idarə olunmalıdır”.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, şagirdlərin məktəbdənkənar məşğuliyyəti qaneedici səviyyədədir. “Ümumiyyətlə, istənilən halda şagird təmiz havaya çıxarılmalı, valideynlərin nəzarəti altında gəzməli, vaxtı imkanı varsa, istedadı üzrə mətkəbdənkənar müəssisələrə getməlidir. İmkanım olsa onların şəbəkələrini genişləndirirdim. Şagirdlərin asudə vaxtlarını pedaqoq altında keçirmələri çox vacib məsələdir. Bu bir tərəfdən maliyyə məsələsidirsə, digər tərəfdən tərbiyə məsələsidir. Onların gələcəyidir. Şagirdlərin boş vaxtı varsa o nə iləsə məşğul olmalıdır”.

O bildirib ki, əvvəllər Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar müəssisələrdə 350 minə yaxın şagird var idi, amma indi bu rəqəm 200 min civarında azalıb. “Bu da həmin müəssisələrdə şəraitin yaxşı olmaması ilə əlaqədardır. O müəssisələrin çoxu sovet dönəmindən qalıb, texniki imkanları zəifdir. Düşünürəm ki, məktəbdənkənar müəssisələrlə bağlı böyük dövlət proqramı hazırlayıb, həmin o istiqamətlərinə uyğun bina tikilsin”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı