Polis "sxodkaya" qatılan 11 "oğrunu" saxlayıb...

Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır.
Anar RÜSTƏMOV