Modern.az

İsmət Abbasov Berlində Azərbaycan pavilyonunun açılışında – FOTO

İsmət Abbasov Berlində Azərbaycan pavilyonunun açılışında – FOTO

Aktual

19 Yanvar 2013, 17:10

 Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində keçiriulən kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində iştirak edən          Azərbaycan Respublikasının kənd təsərrüfatı  naziri İsmət Abasov  Azərbaycan pavilyonunun açılışında iştirak edib.

Bu il sərgidə Azərbaycanı 30-a yaxın şirkət təmsil edərək, 250-dək çeşiddə müxtəlif kənd təsərrüfatı və ərzaq məhsullarını nümayiş etdirir. Nazir İsmət Abasov daha sonra sərgi çərçivəsində Azərbaycan və alman iş adamlarının iştirakı ilə keçirilən Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatda çıxış edib. Həmin gün nazir İ. Abasov Litva Respublikasının kənd təsərrüfatı naziri Viqiliyus Jukna ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.    Daha sonra nazir İ. Abasov 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Azərbaycan Respublikasının Berlindəki səfirliyində təşkil olunmuş tədbirdə iştirak edib. Tədbirdə çıxış edən nazir Abasov 1990-cı il 20 yanvar hadisələrinin səbəbkarlarını pisləyərək bu qanlı faciəni ölkəmizin istiqlaliyyət uğrunda mübarizəsinə qarşı həm daxili, həm də xarici qüvvələr tərəfindən qəsd kimi qiymətləndirib. O, həmçinin Ümumxalq hüzn gününün həm Azərbaycanda, həm də Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərində anılaraq bu faciənin reallıqlarının dünya ictimaiyyətinə geniş və obyektiv şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb.

   


Modern.az.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı