Modern.az

Deputat seçicilərin problemlərini dinlədi - FOTOLAR

Deputat seçicilərin problemlərini dinlədi - FOTOLAR

Aktual

19 Yanvar 2013, 18:31

Millət vəkili Jalə Əliyeva 92 saylı Zərdab-Ucar seçki dairəsində seçicilərini qəbul edib. Modern.az-ın məlumatına görə, görüşdə 20 nəfər çox seçici iştirak edib. Görüş zamanı seçicilər daha çox məhkəmə qərarlarının icrası və  qərarların icra edilməsindəki problemlərlə bağlı deputata müraciət edib. Kür daşqınları zamanı evləri bərbad vəziyyətə düşmüş vətəndaşlar da millət vəkilinə müraciət ediblər. Seçicilər fürsətdən istifadə edib bir neçə məhəllədə elektrik enerjisinin verilməsində yaranan problemlər və sosial yardımlarla bağlı da iradlar səsləndiriblər.

Millət vəkili iradları dinləyərək, bəzi müraciətləri elə yerindəcə əlaqədar təşkilatlara bildirilib. Mövcud problemlərin həlli istiqamətində işlər görülüb. Digər problemlər üzrə ərizələr qəbul olunub. Jalə Əliyeva səsləndirilən problemlərin araşdırılacağını və həll ediləcəyini bildirib.

Seçicilərlə görüş qanlı 20 Yanvar faciəsinin 23-cü il dönümünü ərəfəsinə təsadüf etdiyindən millət vəkili bu günün anlamı, qəhrəmanlıq tariximizə yazılan şanlı səhifə haqqında məlumat verib. O, görüş iştirakçıları ilə fikir mübadiləsi apararaq həmin günün Azərbaycan xalqı üçün əhəmiyyətinin nədən ibarət olduğunu bu günə aparan yollar haqqında fikirlər səsləndirib.

O illərdə hakimiyyət uğrunda gedən mübarizədən də bəhs edən deputat bildirib ki, həmin günlərdə Azərbaycan xalqının qırılmış ümidlərini xalqın böyük oğlu, mərhum prezident Heydər Əliyev doğruldub. Millət vəkili seçicilərinə həmçinin bildirib ki, məhz onun sayəsində Azərbaycan haqq səsini dünya ictimaiyyətinə çatdıra bilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı