Modern.az

“İstənilən halda Azərbaycanın hava məkanı pozan təyyarə vurulacaq”

 “İstənilən halda Azərbaycanın hava məkanı pozan təyyarə vurulacaq”

Aktual

20 Yanvar 2013, 10:43

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov  Xocalı aeroportunun ermənilər tərəfindən qeyri-qanuni fəaliyyətə başlayacağı haqda yayılan məlumatlara yenidən münasibət bildirib. Modern.az-ın məlumatına görə, vitse-spiker bildirib ki, istənilən halda Azərbaycanın hava məkanı pozan təyyarə vurulacaq.

“Azərbaycanın Mülkü Aviasiya Haqqında qanunu var və Nazirlər Kabineti qanunun icrası ilə bağlı qərar qəbul edib. Azərbaycan hava məkanı pozularsa, həmin dəqiqə ərazi mühafizə olunaraq həmin təyyarə vurulacaq. Bu birmənalıdır və biz bu haqda dəfələrlə demişik”.

Z. Əsgərov həmçinin bildirib ki, söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir:

“Yəni bu gün Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanında keçərək uçuşlar həyata keçirirlər. Eyni zamanda həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Yenə də deyirəm ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bunları bir-birindən ayırmaq lazımdır. Ora uçuşlar yalnız bir halda baş verə bilər. Buna da Azərbaycan icazə verməlidir”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı