Modern.az

Qız Qalasını bağladılar

Qız Qalasını bağladılar

Aktual

21 Yanvar 2013, 10:55

YUNESKO-nun “Dünya İrs Siyahısı”na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilib. Bununla yanaşı, plana uyğun olaraq keçən ilin sonlarında abidənin daxilində başlanmış təmir-bərpa işləri bu il davam etdiriləcək. Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bununla əlaqədar, yanvar ayının 22-dən etibarən abidə ziyarətçilər üçün bağlanacaq. Qız Qalasında bərpa və konservasiya işlərinin 2013-cü ilin sentyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı