Müsavat Partiyasının qurultay məsələsi hələ də həll olunmamış qalır. Partiyanın ötən ilin sonlarında mətbuat vasitəsilə Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə indiyədək meriyadan cavab verilməyib. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında müraciətlər əlaqədar onlara hər hansı cavabın verilmədiyi bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası yenidən bu məsələ ətrafında toplanaraq yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlə bağlı qərar verəcək.
“Bakı şəhər İcra Hakimiyyətindən biz mətbuat vasitəsilə etdiyimiz müraciətə hər hansı cavab verilməyib. Onlarla əlaqə saxlamaq cəhdlərimiz də baş tutmur. Yenidən müraciətlə bağlı hələlik qərar verməmişik. Amma bu məsələni yenidən müzakirə edəcəyik”.
Qeyd edək ki, Bir müddət əvvəl partiyanın Qurultaya hazırlıq üzrə təşkilat komitəsi növbəti toplantısını keçirib. Toplantıda qurultayla bağlı Bakı şəhər İcra Hakimiyyətinə növbəti dəfə müraciət olunaraq 800-1000 nəfərlik müvafiq yer ayırması qeyd olunub.
Anar RÜSTƏMOV