Modern.az

Tələbələr və jurnalistlər üçün yeni kitab çıxıb

Tələbələr və jurnalistlər üçün yeni kitab çıxıb

Aktual

21 Yanvar 2013, 14:37

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” adlı dərs vəsaiti nəşr olunub. Kitabda müasir dövr mətbuatının dil və üslub problemləri araşdırılaraq təhlil edilib. Ayrı-ayrı qəzet səhifələrindən gətirilmiş konkret nümunələr əsasında dilimizin saflığına, təmizliyinə, düzgünlüyünə gətirilən xatalar üzrə çıxarılmış və “mətbuat dili necə olmalıdır?” sualı cavablandırılıb.

Vəsaitdə həmçinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə Prezident Fərmanı da öz əksini tapıb.

Dərs vəsaitindən jurnalistika fakültəsinin tələbələri və eyni zamanda K İV-də çalışanlar istifadə edə bilərlər.


Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı