Modern.az

Əsəd növbəti dəfə Türkiyəyə xəbərdarlıq etdi

Əsəd növbəti dəfə Türkiyəyə xəbərdarlıq etdi

Aktual

21 Yanvar 2013, 22:30

Suriya prezidenti Bəşər Əsəd yenidən Türkiyənin ünvanına sərt ittihamlar səsləndirib. Modern.az-ın məlumatına görə, Əsəd İranın xəbər agentliklərindən birinə verdiyi müsahibədə Suriyada tökülən qanların günahkarının Türkiyə olduğunu bildirib. Əsəd çıxışında Türkiyəni  terrorist ölkə adlandırıb.

Ölkəsindəki uzun müddətdir davam edən vətəndaş mühasibərisinə toxunan Əsəd həmçinin bildirib ki, müharibənin sona çatması üçün müəyyən qədər vaxta ehtiyac var.

"Hər kəs Suriyadakı döyüşlərin tezliklə bitməsini istəyir.  Ancaq bu sözlər reallığı əks etdirmir.  Biz beynəlxalq bir döyüşün içindəyik. Bunun bitməsi üçün zamana ehtiyac var. Böhran boyunca türk xalqı bizim yanımızda oldu. Biz xalqla olan yaxşı əlaqələrimizi qorumağa çalışırıq. Çünki hökumətlər müvəqqəti, xalqlar isə əbədidir." – deyə Suriya prezidenti Türkiyəyə mesaj göndərib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı